Kiyevdə 97 gün sonra uşaq bağçaları fəaliyyətini bərpa etdi
1 İyun 2022 12:33 DünyaUkraynanın paytaxtı Kiyevdə iyunun 1-dən etibarən bir sıra uşaq bağçaları fəaliyyətini bərpa edəcək.Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası sədrinin birinci müavini Nikolay Povoroznik məlumat verib.Onun sözlərinə görə, ilk olaraq 34 kommunal, 14 özəl uşaq bağçası açılacaq.İyunun ilk həftəsi adaptasiya dövrü olacaq, sonra isə müəssisələr adi qaydada işləyəcək.
N.Povoroznik qeyd edib ki, uşaq bağçalarının fəaliyyətinin bərpasının əsas şərti azyaşlıları hava hücumlarından qorumaq üçün onların təhlükəsizlik tələblərinə cavab verən sığınacaqlarla təmin edilməsidir.
Unian
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31