Bu ölkənin xarici işlər naziri koronavirusa yoluxub
1 İyun 2022 11:40 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi koronavirusa yoluxub.
O iyunun 1-də parlamentin aşağı palatasında keçiriləcək debatda iştirak etməyəcək.
Bu barədə Kyodo xəbər agentliyi hakim Liberal Demokrat Partiyasındakı mənbələrə istinadən xəbər verib.
Nazirin müalicəsi ev şəraitində aparılacaq, müalicənin müddəti ilə bağlı məlumat verilmir. 61 yaşlı Hayaşinin danışdığı şəxslər arasında başqa yoluxmuş şəxs tapılmayıb.
Mayın 31-də Yaponiyada 22 mindən çox yeni koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb, 39 xəstə dünyasını dəyişib. Eyni zamanda, ölkədə demək olar ki, bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. Hökumət yalnız sakinlərdən qoruyucu maskalar taxmağa davam etmələrini və yaxınlıqdakı piyadalardan iki metr məsafəni qoruyaraq yalnız çöldə olduqda çıxarmalarını xahiş edir.