ABŞ Ukraynaya 700 milyon dollarlıq uzaqmənzilli raket sistemləri göndərəcək

Olaylar.az MK.RU-a istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya silah tədarükünü davam etdirir. Bu dəfə Kiyev 700 milyon dollarlıq təhlükəsizlik yardım paketi çərçivəsində uzaqmənzilli raket sistemləri (LFRMS) alacaq.

Bu barədə Amerika mətbuatı ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən xəbər verir.

Qeyd olunur ki, Ukraynaya yeni yardım paketinə yüksək mobil artilleriya raket sistemləri olan HİMARS, eləcə də Ukrayna Silahlı Qüvvələrinə (APU) öz ərazisində olarkən düşmən hədəflərini daha yüksək dəqiqliklə vurmağa imkan verəcək sursatlar yer alacaq.

Bundan əlavə, HIMARS artilleriya sistemlərinin Ukrayna hərbçilərinə təxminən 80 kilometr məsafədə raketlər buraxmağa imkan verəcək sursatlarla təchiz ediləcəyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31