Norveçdə "meymun çiçəyi" xəstəliyinə ilk yoluxma halı təsdiqlənib

Norveçdə "meymun çiçəyi" xəstəliyinə ilk yoluxma halı təsdiqlənib.

Olaylar.az xəbər verir ki, bu barədə Norveçin İctimai Səhiyyə İnstitutundan bildiriblər.

"Bu gün Norveçin İctimai Səhiyyə İnstitutu Viken bölgəsində "meymun çiçəyi" xəstəliyinə yoluxma halının təsdiqlənməsi barədə məlumatlandırılıb", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, xəstələnən şəxs yaxın zamanda xarici ölkədən qayıdıb. Səhiyyə xidməti xəstənin təmasda olduqlarını müəyyən edib, xəstəliyin yayılma riski olduqca aşağıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31