Atambayevin iqamətgahı müsadirə olunub - FOTO

Qırğızıstanda Dövlət Əmlak Fondu keçmiş prezident Almazbek Atambayevin iqamətgahını dövlətin xeyrinə müsadirə edib.

Olaylar.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. "Almazbek Atambayevə məxsus Çuy vilayətinin Alaməddin rayonunun Koy-Taş kəndində 2,7 hektar torpaq sahəsindəki ev müsadirə edilərək dövlət mülkiyyətinə keçirilib", - fonddan bildirilib.

Fond əməkdaşları Atambayevin nümayəndələrinə üç gün ərzində iqamətgahı mebeldən, şəxsi əşyalardan və avtomobillərdən boşaltmağı tələb ediblər.

Rəsmi məlumata görə, eks-prezidentin keçmiş iqamətgahının bazasında ahıllar üçün müəssisənin açılması nəzərdə tutulub. Atambayevin Sosial Demokratlar Partiyasının sədri Temirlan Sultanbekovun sözlərinə görə, Dövlət Əmlak Fondunun əməkdaşları əraziyə təhdidlərlə daxil olub və bu, eks-prezidentin orada yaşayan ailəsini qorxuya salıb. Artıq Atambayevin həyat yoldaşı Raisa polisə şikayət edib.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31