“NATO təlimlərini ləğv etdik" - Çavuşoğlu
31 May 2022 18:46 DünyaTürkiyə Montrö Konvensiyasına uyğun olaraq NATO-nun hərbi təlimlərini ləğv edib.
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Əvvəlcədən planlaşdırılmış NATO təlimləri var idi. Biz onları ləğv etdik, təxirə saldıq", - Çavuşoğlu deyib.
O, Montrö Konvensiyasının Türkiyənin tətbiq etməyə başladığı hərbi gəmilərin Qara dənizə buraxılmasına qadağa qoyulmasını nəzərdə tutan müddəalarına toxunub. Eyni zamanda, Türkiyə XİN rəhbəri hava məkanının açıq qaldığını vurğulayaraq bunu ölkənin beynəlxalq hüquqdan irəli gələn öhdəliyi adlandırıb.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31