Rusiya ordusu itkilərini açıqladı 30.500 əsgər

Olaylar.az Ukrayna Baş Qərargahına istinadən xəbər verir ki, Ukrayna Rusiya ordusunun son 24 saatda 150, müharibə başlayandan isə 30.500 əsgər itirdiyini açıqlayıb.

Rusiya ordusu həmçinin,  8 pilotsuz uçuş aparatı, 1 təyyarə, 9 tank, 6 artilleriya və 20 zirehli texnika itirdiyi, 2 Rusiya qanadlı raketinin məhv edildiyini, 208 təyyarə, 174 helikopter, 1358 tank, 3302 zirehli texnika, 649 top, 207 reaktiv yaylım atəşi sistemi və 93 hava hücumundan müdafiə sistemini,  2275 avtomobil, 13 gəmi, yüngül sürətli qayıq və 515 pilotsuz uçuş aparatının da itdiyi bildirilib. Bundan əlavə, rusların atdığı 120 qanadlı raketin Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurularaq məhv edildiyi açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31