Rusiyanı sevindirən hərəkət: Co Bayden Ukraynanın tələbini gülərək rədd etdi!

"ABŞ Ukraynaya uzaqmənzilli raket sistemi göndərməyəcək". Bu bəyanat ABŞ prezidenti Co Baydenə məxsusdur. Bayden Rusiyaya çata bilən mənzilə malik raket sistemlərinin Ukrayna ordusuna verilməyəcəyini açıqlayıb. Moskvadan "Bayden məntiqli qərar verdi" açıqlaması yayılıb.

"OLAYLAR.az" Rus xəbər agentliyinə istinadən xəbər verir ki , Ukrayna lideri Volodimir Zelenski ABŞ-dan ümid etdiyini tapa bilməyib. Kiyev administrasiyası Rusiyanın Donbasda irəliləyişini dayandırmaq üçün uzaqmənzilli raketlər tələb etmişdi. Prezident Co Bayden Ukraynanın tələbinə mənfi cavab verib. Raket sistemləri göndərilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31