Medvedev: Qərb Putinə yox, ruslara nifrət edir

Olaylar.az MK.RU-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sanksiyalarla bağlı yazı dərc edərək, onların mənası və məqsədlərini müzakirə edib. O, yazıya belə başlıq verib - "Nifrət haqqında".

O, Qərb ölkələrinin və onların dünya üzrə tərəfdaşlarının Rusiyaya qarşı getdikcə daha çox məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarlarını sonsuz bir tanqo adlandırıb. Daha sonra Medvedev "kimləri hələ də sanksiyalarla cəzalandırmaq istədikləri" haqda danışır və belə qənaətə gəlir ki, "prezident, ölkənin siyasi və hərbi rəhbərliyi" deyil. Çünki "bizim heç birimizin xaricdə xaricdə əmlakı, hesabları və ya əhəmiyyətli maraqları yoxdur".

O, həmçinin belə qənaətə gəlib ki, böyük biznes də ciddi itkiyə məruz qalmayıb, çünki xaricdə aktivləri olsa da, "onsuz da yaşayacaqlar, Rusiyada çox şeyləri qalıb".

"Bu sanksiyalar xüsusi olaraq Rusiya xalqına qarşı yönəlib", - deyən Medvedev əlavə edib ki, Qərbin babaları və "nənələri"nin qərarların qəbulunda iştirak etməyən sadə rusiyalılara normal münasibətlə bağlı vədləri "cəfəngiyyatdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31