Ermənistanda müxalif deputatlar mandatdan məhrum edilə bilər
31 May 2022 13:23 Dünya"Mən bəzi deputatların mandatdan məhrum edilməsi ilə bağlı parlament Şurasına müraciət etmək niyyətindəyəm".
Olaylar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 31-də keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bəzi deputat istədikləri vaxt iclasa gəlir: "Konkret olaraq deputatlar səlahiyyət çərçivəsini aşıb".
Xatırladaq ki, müxalifətdə olan "Ermənistan" və Respublikaçılar Partiyasının parlament blokunun, habelə "Daşnaksütyun" və Vətən partiyalarının deputatları Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinq və yürüşlərin təşkilində iştirak edirlər. Alen Simonyan parlamentin iclasında iştirak etməyən deputatları dedikdə onları nəzərdə tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31