Türkiyə Suriyada yeni əməliyyat keçirməyə hazırlaşır

Olaylar.az xəbər verir ki,  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  mediaya Suriyanın şimalında yeni hərbi əməliyyat planlarının aktuallığı barədə danışıb.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu ildə yaradılmış 30 kilometrlik təhlükəsizlik zonasının genişləndirilməsi üçün Suriyada yeni hərbi əməliyyata hazırlıq barədə məlumat vermişdi. Müdafiə naziri Hulusi Akar bu gün Silahlı Qüvvələrin əməliyyata hazır olduğunu açıqlayıb.

"Terror aktlarının artması fonunda sakit otura bilmərik. Nə qədər ki, daxildə və xaricdə - Suriyada və başqa yerlərdə təhlükə var, bu bölgələri terrorçulardan təmizləmək bizim borcumuzdur"

Türkiyə hazırda PKK fəalları ilə bağlı mövqelərinə görə Finlandiya və İsveçin NATO-ya qəbulunu əngəlləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31