Aparıcının bu hərəkətinə görə kanal cərimələndi
31 May 2022 11:45 DünyaTürkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK növbəti dəfə "Fox" telekanalını cərimələyib.
Olaylar.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb əsas xəbər buraxılışı zamanı əsəbiləşən aparıcı Selçuk Tepelinin masanın üzərindəki stəkana vuraraq kameraya tərəf fırlatması olub.
Fermerlərin əkin sahələri ilə yaşadıqları problemlərini işıqlandırarkən aparıcı əsəblərini cilovlaya bilməyib və növbəti xəbərə keçməyi tələb edib. Qurum aparıcının bu hərəkətini dəyərləndirərək kanalı "səhlənkarlıq" maddəsi ilə cərimələyib.
axsam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31