Rəcəb Tayyib Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Olaylar.az "report"a istinadən bildirir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Söhbət zamanı müharibə ilə bağlı son vəziyyət müzakirə olunub.

Qeyd olunub ki, Türkiyə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün dəhlizin yaradılmasına xüsusi önəm verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31