Rus mahnısına görə oteldə münaqişə yarandı - VİDEO

Türkiyənin məşhur turizm bölgələrindən olan Kəmərdə beşulduzlu "NG Phaselis Bay" otelində rus mahnısına görə gürcülərlə ruslar arasında münaqişə yaşanıb.

Olaylar.az xəbər verir ki, qonaqlardan birinin sözlərinə görə, diskotekada rusiyalı ifaçı Sultan Laquçevin ötən il hit olan "Qorkiy vkus" mahnısını səsləndirilib.

Bunu eşidən bir qrup gürcü turist səhnəyə yaxınlaşaraq mahnını bəyənmədiklərini göstərən jestlər ediblər və şahidlərin sözlərinə görə, Rusiyanın əleyhinə sərt ifadələr işlədiblər.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31