Ukraynada fransız jurnalist həlak oldu - FOTO
30 May 2022 20:43 DünyaBu gün Ukraynada Fransanın BFM kanalının əməkdaşı Frederik Lekler-İmhof qaçqınlar olan avtobusunun atəşə tutulması zamanı həlak olub.
Olaylar.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron məlumatı təsdiqləyib. "Jurnalist Frederik Lekler-İmhof müharibənin reallığını göstərmək üçün Ukraynada idi. Humanitar yardım aparan avtobusda o, rus bombalarından qaçmağa məcbur edilən dinc sakinlərlə birlikdə ölümcül yaralanıb. Frederik Lekler-İmhofun ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı verirəm. Fransa hökumətinin müharibə meydanlarında çətin jurnalist missiyasını yerinə yetirənlərə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləmək istərdim", - Makron "Tvitter" hesabında yazıb.
32 yaşlı fransalı jurnalist Ukraynanın şərqindəki Luqansk vilayətində mülki əhalinin təxliyəsini işıqlandırarkən boyun nahiyəsindən aldığı ölümcül yaradan yerindəcə keçinib.

azpost