Məşhur teleaparıcının evinə raket düşdü - FOTO
30 May 2022 20:01 DünyaUkraynalı teleaparıcı Lidiya Taranın Kiyevdəki evinə Rusiya hərbçiləri tərəfindən atılan raket düşüb və bir nəfəri öldürüb.
Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu barədə özü "United News" telemarafonunun efirində məlumat verib.
O bildirib ki, bu səbəbdən evə qayıtmağa qorxur, ona görə də hələlik qızı ilə birlikdə Fransada qalacaq.
"Təhlükəsizlik ən vacib şeydir. İnsanlar bunun təhlükəsiz olduğunu hiss etməyincə, geri qayıtmağa dəyməz. Evimdə bir adam raketlə öldürüldü. Evimdə bu mənim üçün təhlükəlidir. Uşağımı və özümü orada görmürəm. Hələ evə qayıtmıram", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31