"Ukrayna limanlarından taxıl ixracını asanlaşdırmağa hazırıq" - Vladimir Putin

"Dövlət başçıları ərzaq böhranını da müzakirə ediblər və Vladimir Putin Rusiyanın Ukrayna limanlarından taxıl ixracını asanlaşdırmağa hazır olduğunu bildirib".

Olaylar.az xəbər verir ki, bu, Rusiya və Türkiyə prezidentlərinin bugünkü telefon söhbəti ilə bağlı Kremlin yaydığı məlumatdandır.

"Vladimir Putin Rusiya tərəfinin türk tərəfdaşları ilə razılaşdırılaraq malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib. Bu, Ukrayna limanlarından taxıl ixracına da aiddir", - Kremlin məlumatında deyilir.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31