"Netflix" Rusiyada xidmətini dayandırdı
30 May 2022 18:32 Dünya"Netflix" video servisi Rusiya ərazisində xidmətini dayandırdığını təsdiq edib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, servisin işinin dayandırılması "Rusiya bazarını tərk etmə tədbirləri" ilə əlaqədardır.
"Netflix" Rusiyanı martın 6-da tərk etdiyini açıqlasa da, abunəçilərin son ödəniş dövrünün başa çatmasınadək ölkədə yayımı davam etdirib.
Mayın 27-də Rusiyada istifadəçilər "Netflix"in işə düşmədiyini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31