Kalush Orkestri Eurovision Kubokunu satdı

Olaylar.az MK.RU-a istinadən xəbər verir ki, "Eurovision 2022"nin qalibi olmuş Ukraynanın "Kaluş Orkestri" qrupu mahnı müsabiqəsinin qaliblərinin kubokunu 900 min dollara satdığını elan edib. Satış xeyriyyə hərracında baş tutub.
 
"Biz ianə edən hər kəsə, xüsusən də kuboku 900 min dollara alan WhiteBit_ua-ya təşəkkürümüzü bildiririk", - musiqi qrupunun nümayəndələri sosial şəbəkələrdə qeyd ediblər.

Aydın olur ki, hətta müsabiqədə qalib gəlməzdən əvvəl qrup nümayəndələri mükafatı satmağı və alınan vəsaiti Ukrayna Silahlı Qüvvələrinə köçürməyi planlaşdırdıqlarını bildiriblər.

Xatırladaq ki, Kaluş Orkestri Eurovision-da Stefania mahnısı ilə çıxış etmişdi. Onlar 631 xal toplayaraq builki mahnı müsabiqəsinin qalibi olublar. İkinci yerdə Böyük Britaniyadan olan musiqi qrupudur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31