İndi də çiyələkdən xəstəlik yayılmağa başladı

ABŞ-də çiyələkdən keçdiyi düşünülən bir xəstəlik yayılmağa başlayıb. 

Bəzi  marketlər şəbəkəsində satılan çiyələklərdən keçdiyi iddia edilən virus "hepatit A" xəstəliyinə səbəb olur. 
İndiyədək 17 xəstəliyə yoluxma faktının olduğu bildirilib.

ABŞ Qida və Dərman İdarəsi (FDA), Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, Kanada İctimai Səhiyyə və Kanada Qida Müfəttişliyi Agentliyi dövlət və yerli tərəfdaşlarla birlikdə orqanik çiyələklərlə potensial olaraq əlaqəli Hepatit A epidemiyasını araşdırır. 

FDA, Kaliforniya, Minnesota və Kanadada bildirilən Hepatit A hallarının orqanik çiyələk markalarını alanlara aid olduğunu bildirib.

manset.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31