Norveç Belarusun adını dəyişdi

Norveç Belarusun ölkədəki rəsmi adını dəyişib.

Bundan sonra o, "Hviterussland" deyil, "Belarus" adlandırılacaq.

Qeyd edək ki, "Hviterrussland" Norveç dilindən hərfi tərcümədə "Ağ Rusiya" deməkdir. Ölkənin adının dəyişdirilməsinin səbəbi də məhz budur.

Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt izah edib ki, bu, son nəticədə siyasi məsələdir.

Onun sözlərinə görə, adın dəyişdirilməsi Belarus və Rusiya arasındakı fərqi vurğulamaq üçün edilib.

Qeyd edək ki, Norveç bu addımı atan ilk ölkə deyil. Belə ki, 2019-cu ildə İsveç, 2021-ci ildə isə Danimarka Belarusun ölkədəki adını dəyişib.

azmedia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31