Türk Hava Yolları daxili reyslərdə tibbi maska taxmaq tələbini ləğv etdi
30 May 2022 11:46 DünyaTürk Hava Yolları daxili reyslərdə tibbi maska taxmaq tələbini ləğv edib.
Bu barədə şirkətin baş direktoru Bilal Ekşi "Twitter" səhifəsində bildirib.
Bununla belə, o əlavə edib ki, beynəlxalq reyslərdə maskadan istifadə qaydaları səyahətçinin getdiyi ölkənin tələblərindən asılı olaraq fərqlənir.
Xatırladaq ki, daha əvvəl Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca ölkədə xəstəxanalar istisna olmaqla, tibbi maska taxmaq tələbini aradan qaldırıldığını bəyan etmişdir.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31