Nepalda göyərtəsində 22 nəfərlə radarlardan itən təyyarənin qalıqları aşkarlanıb (FOTO)

Nepal ordusunun axtarış qrupu bazar günü səhər saatlarında göyərtəsində 22 nəfərin olduğu Tara Air şirkətinə məxsus təyyarənin qalıqlarını tapıb.

Bu barədə Nepal quru qoşunlarının rəsmi nümayəndəsi briqada generalı Narayan Silval "Twitter" səhifəsində məlumat verib.

Ordu sözçüsü təyyarənin göyərtə nömrəsinin aydın görünən və hissələri dağ yamacında səpələnmiş qalıqların fotosunu dərc edərək, "Axtarış və xilasetmə qüvvələri təyyarənin qəzaya uğradığı yeri müəyyənləşdiriblər" deyə, qeyd edib.

Təyyarə bazar günü turizm şəhəri Pokharadan Comsoma yola düşüb. Göyərtəsində 16 Nepal, dörd Hindistan və iki Almaniya vətəndaşı olub.

Nepalda göyərtəsində 22 nəfərlə radarlardan itən təyyarənin qalıqları aşkarlanıb (FOTO)

 
 
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31