Ukrayna bu məntəqələri raket atəşinə tutdu

Ukrayna qoşunları 15 dəqiqə ərzində Donetsk də daxil olmaqla, "Dxr"nin dörd yaşayış məntəqəsini atəşə tutub.

Olaylar.az xəbər verir ki, bu barədə "Dxr"nin Atəşkəs Rejiminə Nəzarət və Koordinasiya Birgə Mərkəzindəki nümayəndəliyi məlumat yayıb.

Missiyanın məlumatına görə, Ukrayna qoşunları Yelenovkaya 6 122 mm-lik mərmi, Yasinovatayaya 10 BM-21 "Qrad" raketi, Donetskə 10 122 mm-lik mərmi, Ozerianivkaya isə eyni çaplı 6 mərmi atıb.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31