Türkiyə İraqda terrorçuların mövqelərini PUA-larla vurub

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında davam etdirdiyi "Pəncə Kilid" antiterror əməliyyatında 18 PKK mənsubunu zərərsizləşdirib.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, terrorçuların mövqeləri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə vurulub.

Bölgədə antiterror əməliyyatı davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31