"Ukrayna Xersonda əks-hücuma başlayıb"
28 May 2022 11:29 Dünya"Ukrayna qoşunları Xersonda əks-hücum əməliyyatlarına başlayıb".
Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.
"Qoşunlarımız Rusiya ordusunun arxa hissəsində uğurlu əks-hücum əməliyyatlarına keçib. Rusiyanın "Su-35" təyyarəsi vurulub. Maraqlı vəziyyətdir. Bu əks-hücum əməliyyatı aviasiyasi ilə yaxşı təmin olunub. Novaya Kaxovkaya çatmaq üçün yaxşı şanslar var", - o söyləyib.
Arestoviç hazırkı prosesləri perspektivli hesab etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31