İspaniyada meymunçiçəyi virusuna yoluxanların sayı 98 nəfərə çatıb

İspaniya hökuməti meymunçiçəyinə yoluxanların sayının 98 nəfərə çatdığını təsdiq edib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, İspaniyada meymunçiçəyi virusuna yoluxma hallarındakı artım davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində yayılan meymunçiçəyi virusu Afrikanın mərkəzində və qərbində rütubətli tropik meşələrdə rast gəlinən nadir xəstəlik növüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31