2070-ci ilədək İtaliya əhalisi 20 faiz azala bilər

İtaliya əhalisinin sayının 2070-ci ilə qədər 20 faiz azalacağı proqnozlaşdırılır. Bu, əhalinin sayının indiki ilə müqayisədə 12 milyon azalması deməkdir.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutu məlumat yayıb.

Bildirilib ki, ötən il İtaliyada indiyədək ən aşağı doğum səviyyəsi qeydə alınıb. Belə ki, 2021-ci ildə hər min nəfərə 7 yeni doğum və 12 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, İtaliyada doğum nisbətləri son 160 ilin ən aşağı səviyyəsinə enib və bu azalma tendensiyası ilbəil davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31