Almaniya Kanslerindən Putinə qarşı İTTİHAM

Yaxınlaşan ərzaq böhranı ilə bağlı "Putinin narrativi"nə irad tutmaq lazımdır.

Olaylar.az APA-ya istinadən bildirir ki, bunu Almaniya Kansleri Olaf Şolts Ştutqart şəhərində Alman Katolik Konfransında deyib.

"O, bunun üçün bir ifadə tapıb. Putin həmişə bizdən qlobal Qərb olaraq bəhs edir", - Şolts bildirib.

Almaniya Kansleri qeyd edib ki, ərzaq böhranına səbəb Ukraynada davam edən müharibədir:

"Onun qızışdırdığı müharibənin səbəb olduğu ərzaq böhranına görə Putin Ukraynanın yanında dayananları günahlandırmağa çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31