Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib
27 May 2022 10:52 DünyaOlaylar.az xəbər MK.RU-a istinadən xəbər verir ki, Finlandiya rəsmiləri ölkədə meymunçiçəyi xəstəliyinə ilk yoluxma halının aşkarlandığını təsdiqləyib. Bu barədə paytaxt vilayətinin HUS tibb məntəqəsinin nümayəndələri məlumat veriblər.
Daha əvvəl Helsinki Universitet Xəstəxanası Finlandiyada meymunçiçəyinə yoluxma halının "yüksək ehtimalla" ilk dəfə qeydə alındığını bildirmişdi.
"HUS rəsmi olaraq ölkədə ilk meymunçiçəyi hadisəsini təsdiqlədi. Hazırda xəstə sağalır", - deyə rayon icra hakimiyyətinin mətbuat xidmətindən bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31