İsveç və Finlandiya Türkiyəni NATO-ya qoşulmağa razı salmağa çalışır
25 May 2022 14:03 Dünya"OLAYLAR.az" BBC-ə istinadən xəbər verir ki , İsveç və Finlandiya nümayəndələri bu gün NATO-ya üzv olmaq müraciətləri ilə bağlı danışıqlar aparmaq üçün Türkiyə rəsmiləri ilə görüşüb.
İki ölkə Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərb hərbi alyansına qoşulmaq üçün müraciət edib. Onların bütün 30 NATO üzvünün dəstəyinə ehtiyacı var.
Lakin, Türkiyə onların təkliflərinə etiraz edib. Prezident Ərdoğan hər ikisini kürd separatçı PKK silahlı qruplaşmasının tərəfdarlarına sığınmaqda ittiham edib.
İsveç və Finlandiya 2019-cu ildə bəzi kürd yaraqlılarının fəal olduğu Suriyaya hərbi müdaxilədən sonra Ankaraya qarşı sanksiyalar tətbiq edib.
Bəzi analitiklər hesab edirlər ki, Türkiyə digər NATO üzvlərindən güzəştlər istəmək cəhdinə etiraz edə bilər.
Finlandiyanın xarici işlər naziri hər iki tərəfin fikir ayrılıqlarını aradan qaldıracağına ümid etdiyini bildirib.