“Qərb Ukrayna üzərində birləşmədi”

"OLAYLAR.az" Ukrayna xəbər agentliyinə istinadən zəbər verir ki, Ukrayna prezidenti Zelenski, Qərbin Ukraynaya silah təminatı və digər dəstək məsələlərində birlik olmadığını deyib.

Davosda Dünya İqtisadi Forumunda videolink vasitəsilə danışan Zelenski : "Birlik silahlarla bağlıdır. Sualım ondan ibarətdir ki, praktikada bu birlik varmı? Mən bunu görə bilmirəm" dedi.

Almaniya münaqişə zamanı Ukraynaya ağır silahlar göndərməkdə çətinlik çəkdi, Zelenski bunu açıq şəkildə qeyd etmədi.

Onun sözlərinə görə, Avropa İttifaqının Rusiyanın yanacaq ixracını hədəf alan altıncı sanksiyalar paketini razılaşdıra bilməməsi birliyin olmamasından xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31