Məşhur geyim şirkəti Rusiyanı tərk etdi

ABŞ-ın "Nike" geyim şirkəti Rusiya bazarını tərk etmək barədə qərar qəbul edib.

Belə ki, şirkət rusiyalı tərəfdaşları ilə mövcud işgüzar əlaqələri genişləndirməmək və yeni işgüzar əlaqələrə girməmək barədə qərar qəbul edib.

Məlumatda həmçinin qeyd olunur ki, "Nike" yaxın gələcəkdə Rusiyaya mallarını çatdırmaq iqtidarında deyil.

Bununla belə, şirkət işçilərinin əməkhaqlarını ödəməyə davam edəcəyi ilə bağlı açıqlama yayıb.

"Vedomosti"  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31