"Biz Armstronqu hələ də xatırlayırıq" - Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə öz vətəndaşını kosmosa göndərmək üçün hazırlıqlara başlayır.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısı bunu Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında deyib. Türkiyə lideri bildirib ki, 45 yaşan kiçik ölkə vətəndaşları xüsusi yaradılan internet saytı vasitəsilə kosmik uçuşda iştirak etmək üçün müraciət edə bilərlər.

"Biz Armstronqu hələ də xatırlayırıq. Ümid edirəm ki, hamıya örnək olacaq vətəndaşımızı hər zaman xatırlayacağıq", - deyə Ərdoğan bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31