“Pandemiyanın bitməsinə hələ çox var” - Ümumdünya Səhiyyə Təşkilatı
24 May 2022 20:27 DünyaPandemiyanın bitməsinə hələ çox vaxt var.
Olaylar.az bildirir ki, bu barədə ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının 75-ci iclasında bildirib.
"Pandemiya dünyanın ÜST-ə ehtiyacı olduğunun nümayiş etdirib. Mən davamlı maliyyə üzrə İşçi Qrupun növbəti onillikdə icbari ödənişlərin əsas büdcəsinin 50 faizinə qədər artırılmasına dair tövsiyəsini alqışlayıram", - deyə ÜST-nin Baş direktoru Tedros Qebreyesus bildirib.
"Biz hələ də bir çox problemlərlə qarşılaşırıq və konkret olaraq indi olduğumuz yeri müəyyənləşdirməliyik. Pandemiyanın başa çatmasına hələ çox vaxt var. Biz onunla mübarizəni davam etdirdikcə, səhiyyənin bərpası problemi ilə üzləşirik, çünki üzv dövlətlərin 90 faizi bir və ya bir neçə əsas səhiyyə xidmətinin fəaliyyətində fasilələrin olduğunu bildirir", ‒ deyə o əlavə edib.
azpost