Meymunçiçəyinə Sloveniyada da rast gəlinib
24 May 2022 16:30 DünyaOlaylar.az xəbər verir ki, İlk meymun çiçəyi virusu Sloveniyada aşkar edilib. Virusun Kanar adalarından bir şəxsdə görüldüyü paylaşılıb.
Sloveniya Yoluxucu Xəstəliklər Mərkəzinin verdiyi açıqlamada ölkədə ilk meymun çiçəyi hadisəsinin qeydə alındığı açıqlanıb.
Mərkəz meneceri Mario Fafangel virusun Kanar adalarından olan bir şəxsdə görüldüyü barədə məlumatı paylaşıb:
"Sloveniyada ilk hadisə ilə bağlı bütün beynəlxalq təşkilatlara məlumat vermişik. İndi xəstənin təmasda olan şəxsləri məlumatlandırırıq. Amma bilinməlidir ki, bu, karantin tələb edən cinsi yolla keçən xəstəlik deyil. Virusu yaxın təmas yoluxdurur ."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31