Rusiya bu şəhəri ələ keçirdi
24 May 2022 16:09 DünyaRusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Svetlodarsk şəhərini ələ keçirib.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Svetlodarsk şəhər hərbi administrasiyasının başçısı Sergey Qoşko bildirib.
Rusiyanın teleqram kanalının məlumatına görə, şəhəri "Vaqner" qeyri-rəsmi xüsusi hərbi şirkətinin döyüşçüləri ələ keçirib.
Xatırladaq ki, bu gün Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların 90-cı günüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31