Türkiyə Ukraynada tibbi dəhliz yaratmaq istəyir –Xəstələri və yaralıları çıxarmaq üçün
24 May 2022 16:02 DünyaTürkiyə xəstələrin və yaralıların döyüş bölgələrindən çıxarılması üçün Ukraynada tibbi dəhliz təşkil etmək istəyir.
Olaylar.az xəbər verir ki, bu təkliflə Türkiyənin səhiyyə naziri Fahrettin Koca çıxış edib.
Nazirin sözlərinə görə, Türkiyə təşkilati məsələləri öz üzərinə götürməyə hazırdır: "Rusiya-Ukrayna münaqişəsi zamanı Türkiyə regiona öz humanitar yardımını, ilk növbədə dərman və tibbi ləvazimatlar göndərib. İndi xəstələrin və yaralıların təxliyəsi üçün təhlükəsiz tibbi dəhliz yaratmaq lazımdır. Türkiyə hər şeyə hazırdır, təxliyə etmək və tibbi yardım göstərmək iqtidarındadır". Türkiyəli nazir ÜST başda olmaqla beynəlxalq ictimaiyyəti bu təklifə dəstək verməyə çağırıb.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31