Ukrayna kəşfiyyatı Krıma daxil olmaq planlarını açıqlayıb

Olaylar.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin Krım ərazisinə daxil olmaq planlarını açıqlayıb.

İlin sonuna qədər biz, heç olmasa, Krım ərazisinə daxil olmalıyıq"  "Ukrayinska Pravda" qəzeti Ukrayna kəşfiyyatının rəhbərindən sitat gətirib.

Budanov həmçinin fikir bildirib ki, avqustda Ukrayna hərbçilərinin Qərbin tədarük etdiyi yeni silahlardan fəal şəkildə istifadə etməyə başlayacağı "dönüş nöqtəsi" ola bilər.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində xüsusi əməliyyatın bütün məqsəd və vəzifələrinin yerinə yetiriləcəyini dəfələrlə bəyan edib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi "Donbasın azad edilməsini" əsas məqsəd adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31