“Mən uşaqları və qocaları öldürmürəm” –Putini “kumiri” adandıran Filippin prezidenti
24 May 2022 12:58 DünyaVladimir Putini öz "kumiri" və dostu adlandıran Filippinin istefaya hazırlaşan prezidenti Rodriqo Duterte Ukraynaya qarşı müharibəni pisləyib.
Olaylar.az xəbər verir ki, Duterte həmçinin Rusiya prezidentini sərt tənqid edib. "Çoxları deyir ki, Putin də, mən də qatilik. Mən həqiqətən öldürürəm. Amma mən uşaqları və qocaları yox, cinayətkarları öldürürəm. Biz iki fərqli dünyadayıq", - o deyib.
Duterte Putinin işğalı "xüsusi hərbi əməliyyat" adlandırması ilə razılaşmayıb və bunun əslində suveren dövlətə qarşı genişmiqyaslı müharibə olduğunu bildirib.
Beynəlxalq aləmdə Duterte insan haqlarını pozduğuna, o cümlədən məhkəməsiz kütləvi qətllərə görə tənqid olunur. O, narkotacirlərə və narkotik istifadəçilərinə qarşı müharibə elan etmiş və nəticədə minlərlə insan mühakimə olunmadan öldürülmüşdü. Mayın 9-da keçirilən prezident seçkilərində yenidən seçilə bilməyən R.Duterte iyunun 30-da vəzifəsini tərk edəcək.
Azpost.info