Ərzaq çatışmazlığı daha çox ölümə səbəb ola bilər
24 May 2022 12:21 Dünya"OLAYLAR.az" SkyNews- a istinadən xəbər verir ki, Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps Ukraynanın işğalı ilə əlaqədar taxıl və ərzaq çatışmazlığının qlobal miqyasda dəhşətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Nəqliyyat naziri ukraynalı həmkarı, infrastruktur naziri Aleksandr Kubrakov ilə görüşüb, Rusiyanın Ukraynanın əsas dəniz limanlarını bağlamasından sonra taxılın ölkədən çıxarılması yollarını müzakirə edib.
Ərzaq ixracı ilə bağlı çətinliklər müharibə başlayandan bəri qlobal qiymətlərin artmasına səbəb oldu, çünki münaqişədən əvvəl Rusiya və Ukrayna dünya buğda tədarükünün təxminən 30%-ni istehsal edirdi.
"Ukraynanın nə qədər böyük olduğunu və dünyanın çörək səbəti olduğunu qiymətləndirmək çətindir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31