“Mübarizədən və qalib gəlməkdən başqa alternativ yoxdur”
24 May 2022 11:18 Dünya"OLAYLAR.az" xəbər verir ki , Vladimir Zelenski videoçıxışında ukraynalıları Silahlı Qüvvələrə kömək etməyə və Ukraynanın beynəlxalq arenada mövqeyini müdafiə etməyə çağırıb.
"Qalib gəlmək üçün biz - hər birimiz çalışmalıyıq. Xüsusilə, arxa cəbhədə olanlar. Orduya kömək edin. Xarici jurnalistlərlə ünsiyyətdə, çıxışınız olan bütün beynəlxalq platformalarda dövlətimizin ehtiyaclarını qoruyun".
Zelenski qeyd edib ki, Ukrayna çətin günlərlə qarşı-qarşıyadır. Onun sözlərinə görə, bu gün ən pis döyüş vəziyyəti Ukraynanın cənub-şərqindəki Donbas bölgəsindədir.
"bizim döyüşməkdən başqa alternativimiz yoxdur. Döyüşmək və qalib gəlmək. Torpağımızı və xalqımızı azad etmək. Çünki işğalçılar nəyisə yox, əlimizdə olan hər şeyi əlimizdən almaq istəyirlər. O cümlədən ukraynalıların yaşamaq hüququ".