Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri veriləcək
23 May 2022 22:38 DünyaDanimarka hakimiyyəti Ukraynaya "Harpun" gəmi əleyhinə raket və buraxılış qurğuları verəcək.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
Pentaqon rəhbəri Kiyevə hərbi yardım göstərmək üçün Qərb ölkələri tərəfindən yaradılan təmas qrupunun ikinci onlayn iclasının yekunları üzrə danışarkən bildirib ki, 20-yə yaxın ölkə Ukrayna paytaxtına göndərəcəyi yardım paketini açıqlayıb.
"Mən bu gün Ukraynaya sahillərini müdafiə etmək üçün "Harpun" buraxılış qurğusu və raketlər təqdim edəcəyini elan edən Danimarkaya xüsusilə minnətdaram", - Ostin bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31