“Şimal axını-1”dən gələn qaza bərabərdir” - Fatih Birol
23 May 2022 22:18 DünyaBeynəlxalq Enerji Agentliyinin prezidenti Fatih Birol avropalıları gələn qışda evlərini daha az qızdırmağa çağırıb. O, qeyd edib ki, bu yolla Avropa milyardlarla kubmetr qaza qənaət edəcək ki, bu da Rusiya yanacağından asılılığı əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.
Olaylar.az xəbər verir ki, Birol bu çağırışını Davosda keçirilən Dünya İqtisadi Forumunda səsləndirib.
Onun tövsiyələrindən biri də evlərdə temperaturun iki dərəcə aşağı salınmasıdır: "Avropada qış kifayət qədər çətin keçəcək. Lakin istiliyin cüzi tənzimlənməsi 20 milyard kubmetrə qənaət etmək üçün yetərli olacaq ki, bu da "Şimal axını-1"dən gələn qaza bərabərdir".
azpost
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31