Mövlud Çavuşoğlu Fələstin və İsrailə səfər edəcək
23 May 2022 21:53 DünyaTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24-25 may tarixlərində Fələstin və İsrailə səfər edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, mayın 24-ü M.Çavuşoğlu Fələstinə səfər edəcək. Burada o Türkiyə və Fələstin Xarici İşlər Nazirlərinin Birgə Komitəsinin ikinci iclasında iştirak edəcək, daha sonra Fələstinin XİN rhəbəri Riyad əl-Maliki və ölkənin prezidenti Mahmud Abbas ilə görüşlər keçirəcək.
Bildirilir ki, mayın 25-i Türkiyənin XİN rəhbəri İsrailə yollanacaq. İsraildə M.Çavuşoğlu bu ölkənin xarici işlər naziri Yair Lapid ilə görüşəcək.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31