Ukrayna itkilərini açıqladı : 4600 mülki şəxs

Olaylar.az xəbər verir ki, Ukrayna Rusiyanın indiyə qədər başlatdığı müharibədə 232-si uşaq olmaqla ən azı 4600 mülki şəxsin həlak olduğunu açıqlayıb.

Müvafiq bəyanatla Ukraynanın baş prokuroru İrina Venicetova çıxış edib.

Venicetova bildirib ki, bu rəqəmlərə müvəqqəti olaraq Rusiyanın nəzarəti altında olan ərazilərdən alınan məlumatlar daxil deyil, lakin onun peyk şəkilləri və digər mənbələrdən müşahidə etdiyi kimi, orada vəziyyət fəlakətli, bir çox şəhər və qəsəbələr yerlə-yeksan olub.

Rusiyanın hərbi cinayətləri ilə bağlı açılan işlərin sayının hazırda 13 min civarında olduğunu qeyd edən Venicetova, Rusiyanın hərbi cinayətlərinin yerli və beynəlxalq araşdırmalar, jurnalist araşdırmaları və insan haqları təşkilatlarının hesabatları ilə təsdiqləndiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31