DXR qüvvələri bir gündə 35 ukraynalı yaraqlını məhv edib

Olaylar.az MK.RU-a istinadən xəbər verir ki, Son 24 saat ərzində Donetsk Xalq Respublikasının (DXR) Xalq Milisi (XM) xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirərkən 35 ukraynalı millətçini məhv edib. 

Bu barədə NM-ə məlumat verilib. Bundan əlavə, onlar qeyd ediblər ki, məhv edilmiş yaraqlılarla yanaşı, təslim olanlar da var .8 Ukrayna əsgəri DXR tərəfinə keçib.

NM həmçinin döyüşlər zamanı hərbi texnikanın məhv edildiyini bildirib.

"Son sutka ərzində hərbçilərimiz 35 ukraynalı millətçini, iki piyada döyüş maşını, iki zirehli transportyoru və bir "KrAZ Spartan" zirehli avtomobilini məhv edib. İki MT-12 "Rapira" tank əleyhinə silahı və bir komanda-qərargah zirehli maşını ələ keçirilib"

Xatırladaq ki, bazar günü, mayın 22-də DXR qoşunları bir gündə 22 ukraynalı millətçini məhv edə bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31