Ukraynada hərbi vəziyyətin müddəti avqust ayına qədər uzadılıb

"OLAYLAR.az" Unian-a istinadən xəbər verir ki , Ukrayna hərbi vəziyyətin müddətini avqustun 23-dək uzadıb.

Zelenskinin Konstitusiya Məhkəməsindəki nümayəndəsi Fedir Venislavski deyib ki, hərbi vəziyyətin 90 gün müddətinə uzadılması qərarının səbəbi əks-hücumun müdafiədən daha çox vaxt tələb etməsidir.

Hərbi vəziyyətə əsasən, 18-60 yaşlı ukraynalı kişilərin xüsusi istisnalar olmadığı təqdirdə ölkədən çıxışı qadağandır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31