“Ruslar Severodonetskdə yanmış torpaq taktikasından istifadə edir”

Severodonetsk bölgə qubernatoru Serhiy Hayday Rusiya qüvvələrinin "yandırılmış torpaq taktikasından istifadə edərək, şəhəri qəsdən məhv etdiyini" söyləyib. 

"OLAYLAR.az" BBC-ə istinadən xəbər verir ki , Hayday Rusiya qüvvələri tərəfindən Siverski Donets çayı üzərində bir körpüdən başqa hamısının dağıdıldığını  və Severedonetsk ilə əlaqənin demək olar ki , kəsildiyini bildirib. 

Ukraynanın insan haqları üzrə ombudsmanı Lyudmila Denisova deyir ki, şəhər Mariupolla eyni aqibəti yaşamaq riski ilə üzləşir - yəni , mühasirəyə alınaraq təslim olmaq. 

Severodonetsk Luqansk vilayətində yerləşir və 100 minə yaxın əhalisi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31