İtalyanları qəzəbləndirəcək İDDİA: Pizza yunanlara məxsusdur
23 May 2022 11:57 DünyaYunanıstan İtaliyanı şoka salan addım atıb.
Sözügedən ölkə pizzanın onlara məxsus olduğunu iddia edib. Belə ki, yerli mətbuatda çıxan xəbərlərdə İtaliyaya xas bir dad olaraq tanınan pizzanın yunan ərazisindən gəldiyi irəli sürülüb.
İddialara görə, qədim yunan dilində "düz" mənasını verən "plakous" adlanan yemək sobada bişmiş və üzərinə zeytun yağı, göyərti, soğan, pendir, o cümlədən sarımsaq qoyulmuş yastı çörək idi.
Qeyd olunub ki, yunan mədəniyyətini mənimsəyən romalılar bu ləzzəti inkişaf etdirərək pizzaya çeviriblər.
İtalyanlara görə isə pizza ilk dəfə Neapolda yaranıb və yoxsulların yeməyi olub. Çörəyin üzərinə bir az pomidor əlavə edilərək yeyilib. 1889-cu ildə çörəkçi Raffaele Esposito onu saray üçün bişirib və bununla pizza məşhurlaşmağa başlayıb. Espositonun həm pendir, həm də pomidor sousu ilə pizza hazırlayan ilk şəxs olduğu düşünülür.
Sfera.az